Türkiyə 400 komandosu da İdlibə göndərdi

Türkiyə sərhəddəki qüvvələrə dəstək üçün 400 xüsusi təyinatlını İdlibə göndərib.

Sozcu.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti yayıb.

“400 xüsusi təyinatlı İdlib zonasındakı sərhədyanı ərazilərdə qoşunlara dəstək vermək üçün göndərilib”, – qəzet bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Türkiyə Suriya istiqamətinə çoxlu sayda zirehli texnika və canlı qüvvə göndərmişdi.

Facebook Comments