Türkiyə ordusunun 3 əsgəri şəhid oldu

Türkiyə ordusu itki ilə üzləşib.
Sozcu.az xəbər verir ki, İraqın Şimalında PKK terrorçularına qarşı “Pençe-3” anti-terror əməliyyatında iştirak edən 3 hərbçi şəhid olub, 7 əsgər isə yaralanıb.

Milli Müdafiə Nazirliyinin məlumatına görə, yaralı əsgərlər xəstəxanalara aparılıb. Hərbi əməliyyat davam etdirilir.

Facebook Comments