Türkiyənin 3 məşhur jurnalisti azadlığa buraxıldı – FETÖ işi

Onlar “konstitusiyanı məhv etmək” cəhdi ilə əlaqədar həbsdə olub

FETÖ/PDY (Paralel Dövlət Qurulması) silahlı terror təşkilatının mediası olmaqda günahlandırılaraq həbs edilən Türkiyənin 3 tanınmış jurnalistindən biri bəraət alıb, ikisi isə şərti cəza ilə azadlığa buraxılıb.

“Hürriyet” qəzetinə istinadən verilən xəbərə görə, “konstitusiyanı məhv etmək” cəhdi ilə əlaqədar həbsdə olan, FETÖ-çu olaraq tanınan jurnalistlər – Nazlı Ilıcak, Əhməd Altan və qardaşı akademik Mehmet Altanın ömürlük həbs cəzaları ləğv edilib.

Məhkəmə müttəhim Əhməd Altanın 10 il 6 ay, Nazlı Ilıcakın 8 il 9 ay müddətinə şərti azadlıqdan məhrum edilməsinə qərar verməklə, ölkədən xaricə çıxmamaları əsası ilə sərbəst buraxıb.

Elm adamı Mehmet Altan isə bütün ittihamlar üzrə bəraət alaraq azadlığa buraxılıb. (APA)