Türkiyədə teror əməliyyatı:2 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyədə terrorçular zərərsizləşdirilib.

Məlumata görə, terrorçulara qarşı əməliyyat Daxili İşlər Nazirliyi tərəfindən Hakkari vilayətində keçirilib. Əməliyyat zamanı 2 terrorçu məhv edilib.

Türkiyə mətbuatı qeyd edib ki, zərərsizləşdirilən terrorçular üç türk hərbçisinin qətlə yetirilməsində iştirak ediblər.

Daha əvvəl Hakkari vilayətində, Yüksəkova ərazisində jandarm qüvvələrinin də cəlb edildiyi əməliyyat zamanı 4 PKK terrorçusu məhv edilib.

Sozcu.az

Facebook Comments