Türkiyədən PKK-ya yaşıl işıq

Türkiyə ordusunun sarsıdıcı əməliyyatlarından qorxuya düşən terrorçular atəşkəs müddətində müxtəlif yollarla Ras əl-Eyndən qaçırlar.

Axar.az xəbər verir ki, YPG/PKK terrorçularının Qızıl Xaç Komitəsinin maşınları və mülki avtomobillərlə şəhəri tərk etdikləri bildirilib.

Məlumata görə, türk əsgəri heç bir əməliyyat keçirmədən terrorçuların şəhəri tərk etməsinə icazə verir.

Qeyd edək ki, ötən gün Suriya dövlət televiziyası Türkiyə qoşunlarının Ras əl-Eynə daxil olduğunu açıqlayıb.

Facebook Comments