“Türkiyə anlamalıdır ki, Fələstindən ötrü bu qədər canfəşanlıqlar edilməsi əbəs imiş”

“Vaxtında Türk Dünyası ilə bağlı effektiv siasət aparılsaydı, indi Azərbaycanla birlikdə digər dövlətlər Türkiyənin yanında olardı”

Ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında “Barış Pınarı ” hərakatına qarşı çıxan sözdə müsəlman dövlətlərinin ikiüzlü siyasətini şərh edərkən qardaş ölkənin bundan çıxarmalı olduğu nəticəni də qabardıb:

“Onsuz da “Barış Pınarı ” hərakatının qarşısında, Türkiyə ordusunun qarşısında PKK YPK və ya PYD deyilən dəstə duruş gətirə bilmir və ümüid edirəm ki, ən qısa zananda Türkiyə nəzərdə tutduğu nəticəni alacaq. Bura düzən bölgədir, Afrin kimi dağlıq – qayalıq ərazi deyil, Türk zirehli birliklərinin sürətlə irəli getməsinin önünü ala biləcək qüvvə yoxdur. Sadəcə olaraq PKK-nən dirənişinin məqsədləri var. Onlar dünyanın daha çox təpkisini çəkmək, Türkiyəyə qarşı daha çox ölkələrin birləşməsini istəyirlər. Amma bunlara əhəmiyyət vermədən Türkiyə öz işini görəcəkdir. Türkiyəni qınayan ölkələrin də elə bir ciddi nəticə verəcək diplomatik basqısı olmayacaq. Artıq hər kəsə bəllidir ki, bu addımı atarkən Türkiyə marağı olan ölkələrin fikrini almışdır. Boşaldacağı koridorla öz təhlükəsizliyini təmin etmək onun haqqıdır.

Türkiyənin özü bütün bunlardan nəticə çıxarmalıdır. Xüsusən Ərəb Birliyinin ona qarşı etdiyi bu xəyanəti dəyərləndirməlidir. Bir daha anlamalıdır ki, Fələstindən ötrü bu qədər canfəşanlıqlar edilməsi əbəs imiş. Vaxtında Türk Dünyası ilə bağlı effektiv siasət aparılsaydı, indi Azərbaycanla birlikdə digər dövlətlər Türkiyənin yanında olardı. Bunları düşünməyə dəyməzmi? Müzəffər Türkiyə ordusunun zəfəri yaxındır. Bizim arzumuz bu ordunun 1918-ci ildə olduğu kimi Azərbaycanın torpaqlarına da xilaskar kimi daxil olmasıdır. O zaman Bakı qurtarılmışdı. İndi də Qarabağ mehmetçiyin yolunu gözləyir”.

Sozcu.az