Türkiyə və Rusiya hərbi təyyarələrlə bağlı razılaşır?

Türkiyə və Rusiya arasında S-35 hərbi təyyarələri ilə bağlı razılıq əldə edilə bilər.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd edilir ki, təyyarənin Türkiyəyə satışı və bəzi hissələrin bu ölkədə istehsalı ilə bağlı razılıq əldə ediləcəyi mümkündür.