Türkiyənin kredit reytinqi azaldıldı

“Mudis” beynəlxalq reytinq agentliyi Türkiyənin suveren kredit reytinqini aşağı salıb.

Sozcu.az xəbər verir ki, agentlik Ankaranın reytinqinin “Ba3”dən “B1”-ə endirərək, onun üçün neqativ proqnozu saxlayıb. Şirkət Türkiyinin ödəniş balansında böhran riskinin artmağa davam etdiyini bildirib. Bununla bərabər hökumətin defolt riskinin də artdığı vurğulanıb.(Axar.az)