Türkiyəni gələn ildən S-400-lər qoruyacaq

Türkiyə Rusiyadan alınan S-400 zenit raket komplekslərini 2020-ci ilin baharından etibarən aktivləşdirəcək.

Sozcu.az xəbər verir ki, bu sözləri Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev deyib.

“Gələn il baharda sistemin yerləşdirilməsi başa çatacaq. Türkiyə ilə müqavilə yerinə yetirilir. İndi sistemin ikinci hissəsinin yüklənməsi gedir. Bir neçə həftə sonra onlar Türkiyədə olacaq”, – Şuqayev bildirib.