Türkiyədən Yunanıstana sərt mesaj: Zidd hərəkət etdin

Yunanıstan DHKP və FETÖ kimi terror təşkilatları üçün təhlükəsiz bir sığınacaq olub.

Sozcu.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

Aksoy Yunanıstanın terrorizmlə mübarizədə zidd hərəkət etdiyini və qərarın qəbuledilməz olduğunu vurğulayıb.

Qeyd edək ki, Yunanıstan Türkiyə İnqilabçı Xalq Qurtuluş Partiyasının (DHKP) 9 üzvünün azadlığa buraxılması barədə qərar verib.(Axar.az)