Türkiyədən ABŞ-ın sanksiya qərarına – Etiraz

İqtidarla müxalifət arasında davam etdirilən danışıqlar ərəfəsində ABŞ-ın Venesuelaya məxsus mal varlığını dondurması doğru deyil.

Sozcu.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

Aksoy vurğulayıb ki, sözügedən qərar iqtisadi çətinliklərlə üzləşən Venesuela xalqına zərər verəcək, siyasi həll variantına mənfi təsir göstərəcək.