Türkiyədə səsvermədə atışma: 2 ölü

Türkiyənin Malatya şəhərində səsvermə prosesi zamanı iki qrup arasında dava baş verib.

Sozcu.az xəbər verir ki, bu barədə “Hürriyyət” yazıb. Məlumata görə, hadisə Malatyanın Pötürge mahalında yaşanıb. İki dəstə arasında baş verən narazılıq əvvəlcə davaya çevrilib. Daha sonra isə atəş açılıb.

Nəticədə Həsən və İlyas Aktaşlar dünyasını dəyişib. Polisin müdaxiləsi ilə davaya son verilib.

Atəş açan 2 nəfər saxlanılıb.(Axar.az)