Türkiyədə Qarabağı təbliğ edən sayta ermənilər tərəfindən hücum olub

Ermənilər Türkiyədə azərbaycanlılar tərəfindən erməni lobbisinə qarşı informasiya mübarizəsi aparmaq məqsədi ilə yaradılan ASASmedya.info saytına haker hücumu ediblər.

Bu barədə Sozcu.az-a saytın baş redaktoru, tanınmış şair Elçin Aslangil məlumat verib.

“Əziz dostlar ASASmedya.info saytı ermənilərin kimliyini, törətdikləri əməlləri Türkiyə türkcəsində geniş topluma çatdırmaq məqsədi ilə yaradılıb. Saytın yolu QARABAĞdır. Ermənilər saytın qısa zamanda fəaliyyətindən qıcıqlandılar. Qıcıqlandılarsa, deməli, sayt hədəfi vura bilir. Bu media orqanının səsini çox insan duymasın deyə, dünən kütləvi şəkildə xaker hücumlarına məruz qoydular. Hazırda ermənilərin kütləvi şikayətləri səbəbindən saytın adını şəklin üzəndəki kimi Facebookda yazıb paylaşmaq belə olmur. Bu sayt yaşamalıdır, Türkiyədə bu cür media orqanına bizim ehtiyacımız var. Əlimiz çatan, ünümüz yetən bütün dostlarımızı səfərbər edək”.