Türkiyədə mindən artıq polisin iştirakı ilə əməliyyat keçirilir

Türkiyə polisi Adana vilayətində PKK terror təşkilatına qarşı antiterror əməliyyatı aparır.

Trend-in məlumatına görə, əməliyyata 1000-dən artıq polisin cəlb olunduğu qeyd edilir.

Əməliyyat çərçivəsində artıq 45 nəfərin saxlanılığı bildirilir. Saxlanılanların hamsının PKK terror təşkilatı ilə sıx əlaqədə olduğu məlum olub.

Saxlanılanların hər biri Türkiyə vətəndaşlarıdır.