Türkiyədə apreldən bu günə kimi 608 terrorçu zərərsizləşdirilib

Türkiyənin təhlükəsizlik qüvvələrinin əməkdaşları aprelin 16-dan sentyabrın 30-a kimi ölkə ərazisində terrorçuluğa qarşı əməliyyatların gedişatında 608 terrorçunu zərərsizləşdirib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər nazirinin müavini İsmayıl Çataklı bildirib.

O, qeyd edib ki, sentyabrda 184 terrorçu, o cümlədən Daxili İşlər Nazirliyi xətti ilə axtarılan 9 xüsusi təhlükəli cinayətkar zərərsizləşdirilib.

Qeyd edək ki, PKK terrorçuları 1984-cü ildən Türkiyə ərazisində dinc sakinlərə və hərbçilərə qarşı terror aktları həyata keçirirlər. Dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatları PKK-ı terrorçu təşkilatlar siyahısına salıb.

Sozcu.az