Türkiyə yeni lazer silahını sınaqdan keçirdi – Video

Türkiyə yerli istehsal olan ARMOL lazer silahını sınaqdan keçirib.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank Tvitter səhifəsində yazıb.

“Milli istehsal olan ARMOL lazer silahı TÜBİTAK BİLGEM elmi-texniki mərkəzində hazırlanıb. Sınaq uğurla keçdi. Türkiyə hərbi qüvvələri yeni lazer silahı əldə edir”, – deyə nazir yazıb.

Varankın yerləşdirdiyi videoda ARMOL lazer silahının polad lövhəni deşməsi, partlayıcı qurğunu partlatması və PUA-nı məhv etməsi əks olunur.

Qeyd edək ki, ARMOL-un çəkisinin təxminən 400 kq-a yaxın olduğu deyilir.