Türkiyə yenə silkələndi

Türkiyənin Muğla bölgəsinin Dalaman rayonunda zəlzələ 3.6 bal gücündə baş verib.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 22:26-da baş verib.

Dağıntı və tələfat barədə hər hansı məlumat verilməyib.