Türkiyə XİN-dən ABŞ-a çağırış:”Münasibətlərə aradan qaldıra bilməyəcəyiniz zərbələr vurmayın”

Vaşinqtonun Türkiyənin F-35-lərin yaradılması üzrə proqramdan çıxarılması qərarı ölkələr arasındakı ittifaqın ruhuna uyğun deyil.

Sozcu.az xəbər verir ki, Bu fikirlər Türkiyə Xаrici İşlər Nаzirliyinin bəyanatında yer alıb.

Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib ki, ABŞ-ın “S-400″lər üzrə birgə işçi qrupu formalaşdırmaqdan imtinası rəsmi Vaşinqtonun problemi vicdanla həll etmək istəmədiyini göstərir.

“Türkiyə ABŞ-ı respublikanı F-35 proqramından çıxarılmasından imtina etməyə çağırır, bu, ikitərəfli münasibətlərə aradan qaldırıla bilməyən zərər vuracaq”, – deyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Nazirlik ABŞ-ın bu qərarını birtərəfli və qanunsuz adlandırıb.