Türkiyə təyyarəsində qorxulu anlar… – 30 nəfər yaralandı

30 sərnişinin müxtəlif bədən xəsarətləri aldığı bildirilir.

“Turkish Airlines” aviaşirkətinə məxsus İstanbul-Nyu-York reysini həyata keçirən təyyarədə güclü turbulentlik səbəbindən 29 nəfər xəsarət alıb.

Boeing 777-300ER tipli təyyarənin göyərtəsində 326 sərnişin və 21 heyət üzvü olub.

Təyyarə Nyu-Yorkda Con Kennedi adına beynəlxalq hava limanına yaxınlaşarkən güclü silkələnmə başlayıb.

30 sərnişinin müxtəlif bədən xəsarətləri aldığı, bir nəfərin ayağının sındığı bildirilir.