Türkiyə S-500 raketinin istehsalına başlayır? – Rus ekspert

2279506 05.09.2013 Зенитные ракетные системы С-400 "Триумф" во время Международных военных учений "Боевое содружество" на полигоне Ашулук в Астраханской области. Михаил Мокрушин/РИА Новости

Türkiyə və Rusiya S-500 raket sistemlərini birlikdə istehsal edə bilər.

Sozcu.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Aleksey Leonkov deyib.

O bildirib ki, Rusiya ilə Hindistan arasında buna bənzər bir təcrübə mövcuddur:

“Yəni artıq Rusiya bu baxımdan kifayət qədər təcrübəlidir. Lakin Türkiyə ilə bu layihəni həyata keçirmək üçün müəyyən məsələləri həll etmək lazımdır. Məsələn, əvvəlcə Rusiyaya göndərilən 100 türk mühəndis təhsil kursunu keçməlidir. Türkiyənin istehsal edəcəyi raket hissələri bəyənilsə, bu layihəni gerçəkləşdirmək mümkün olacaq”.

Qeyd edək ki, Türkiyə lideri Ərdoğan Rusiya ilə S-500-ün birgə istehsalının mümkünlüyünü bildirmişdi.(Axar.az)