Türkiyə millisinə “işgəncə” – Çavuşoğludan sərt reaksiya

Avro 2020-nin seçmə mərhələsi çərçivəsində İslandiyaya yollanan Türkiyə millisi hava limanında 3 saatdan artıq gözlədilib.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, İslandiya hava limanında türk futbolçulara qarşı ciddi pasport yoxlanışı aparılıb, futbolçuların çantalarına baxış keçirilib, bütün futbolçulara tək-tək harada qalacaqları barədə sual ünvanlanıb.

“Milli komandamızın İslandiya hava limanında məruz qaldığı rəftar diplomatik prinsiplər baxımından da, humanizm baxımından da qəbuledilməzdir. Zəruri addımları atacağımızdan millətimizin şübhəsi olmasın”, – insidentə münasibət bildirən Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.\Axar.az\