Türkiyə-İraq sərhədində əməliyyat: 4 əsgər şəhid oldu

Türkiyə-İraq sərhədində davam edən antiterror əməliyyatı çərçivəsində ötən gücə terrorçularla baş verən şiddətli atışmada türk ordusunun 4 əsgəri şəhid olub, 6 əsgər yaralanıb.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb.

Məlumata görə, 2 hərbçi döyüş meydanında şəhid olub. 8 əsgər yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, onlardan 2-sinin həyatını xilas etmək mümkün olmayıb.(Axar.az)