Türkiyə bu istiqamətə tarixi ərzində ən çox əsgər topladı

ABŞ Türkiyənin Fəratın şərqindəki hərbi əməliyyatının qarşısını almaq üçün Suriyaya təzyiq göstərə bilər.

Sozcu.az xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Turan Oğuz bildirib.

Oğuz qeyd edib ki, Suriyada təhlükəsizlik bölgəsinin yaradılması üçün ABŞ-la Türkiyə arasında anlaşma əldə edilməyib. Buna səbəb Türkiyənin təhlükəsizlik bölgəsini 32 kilometrlik bir məsafədə yaratmaq istəyidir. ABŞ isə bunu 15 kilometrlik bir ərazidə tələb edir:

“ABŞ Türkiyə ilə anlaşmasa, Dəməşqə hava məkanını bağlaması üçün təzyiq göstərə bilər. Ancaq Türkiyə tarixi ərzində Suriya sərhədinə sayca ən çox əsgər toplayıb. Bununla Türkiyə əməliyyata başlamaqda nə qədər qərarlı olduğunu ortaya qoyub. Əgər Dəməşq hava məkanını bağlayarsa, Türkiyənin bu addımı heçə sayacaq qədər alternativ variantı var”.