Türkiyə ABŞ-ın gözünə girməyi düşünmür – Şvıtkin

Türkiyə ABŞ-ın gözünə necə girməyi deyil, milli təhlükəsizliyini düşünür.

Bu sözləri rusiyalı deputat Yuri Şvıtkin S-400 sistemlərinin ilk mərhələsinin Türkiyəyə yerləşdirilməsi ilə bağlı açıqlamasında deyib.

O bildirib ki, bu hadisə Moskva və Ankara arasında qarşılıqlı mənfəətə söykənən razılaşmanın həyata keçirilməsi anlamına gəlir.