Türk ordusu şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb.

Məlumata görə, şəhid olan hərbçi Hakkari bölgəsində oktyabrın 23-də yaralanıb. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, yaralı əsgər ötən gecə dünyasını dəyişib.

Facebook Comments