“Türk qoşunları təcili Azərbaycana dəvət olunmalıdır”

“Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə bir saatda iki dəfə telefonla danışıb, bununla qürrələnən Paşinyan Facebook səhifəsində Putinlə Qarabağdakı vəziyyəti müzakirə etdiyini yazıb. Paşinyan “Laçın dəhlizi boyunca yerləşən yaşayış məntəqələri, hərbi əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi, itkin düşənlərin axtarışı, sülhməramlıların yerləşdirilməsi və sərhədlərin müəyyənləşdirilməsi, həmçinin bölgədəki nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı məsələlər müzakirə etdik” – deyə məlumat yayıb. Ermənistanda idarəçilik, iqtisadiyyat bərbad vəziyyətdədir, pandemiya tüğyan edir, parlamentdə bir-birlərini söyürlər, küçələrdə etirazçılar əlindən tərpənmək olmur. Paşinyan bunları müzakirə etmək əvəzinə yenə də Qarabağla bağlı Putinlə danışıqlar aparır, görəsən hər ikisi Azərbaycana qarşı yenə nə məkrli planlar qurublar”.

Sozcu.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Q.İbadoğlu hesab edir ki, ən qısa müddətdə xüsusilə Şuşa və Xocavəndin Azərbaycan ordusunun nəzarətində olan ərazilərdə hərbi istehkamlar qurulmalı və mövqelər möhkəmləndirilməli, texnika və silah təchizatı tam komplektləşdirilməlidir: “Rusa güvənmək olmaz. Təcili Türkiyə ilə Azərbaycan arasında hərbi müttəfiqlik sazişi imzalanmalı və Türk qoşunları Azərbaycana dəvət olunmalıdır”.

Facebook Comments