“Türk qadınlarını Çin məmurlarıyla yatmağa məcbir edirlər…”-HARAY!!!

“Vəzifəli şəxslər bir neçə günlük iş ezamiyyəti adı altında Uyğur evlərinə gəlirlər…”

Çində müvəqqəti olaraq ərsiz qalan türkdilli etnik qruplardan olan müsəlman qadınları çinli kişi məmurlarla “yaşamağa” məcbur edirlər.

Sozcu.az xəbər verir ki, bu haqda “The Independent” nəşri məlumat yayıb.

Həyat yoldaşları “siyasi yenidəntərbiyə” düşərgələrinə yerləşdirilmiş Uyğur qadınlarını nəzarətçi kimi evlərinə soxulan çinli səlahiyyətlilərlə sözün həqiqi mənasında yatağı paylaşmaq məcburiyyətində qoyurlar.

Bir müddət əvvəl Çin Kommunist Partiyasının 1 milyondan çox üzvünə “kommunizmin ateist dəyərləri mövzusunda maarifləndirici iş aparmaq üçün” müsəlman uyğur ailələrinin evlərinə yerləşmək əmri verildiyi bildirilmişdi. Partiya işçilərinə uyğur evlərində və mənzillərində yeni “qohumlar” kimi məskunlaşmaq və müsəlman ev sahibləri ilə birlikdə “Çin Kommunist Partiyasının 19-cu qurultayının ruhunu tətbiq etmək” tapşırılıb.

İndi Uyğur-Sintzyan əyalətndə nəzarətin başqa bir forması da var – vəzifəli şəxslər bir neçə günlük iş ezamiyyəti adıyla Uyğur evlərinə gəlirlər. Onların vəzifələrindən biri də evində olmayan bir müsəlman ərin yatağında yatmaq olur. Beləliklə, Uyğur türk-müsəlman qadınları təqib və “yenidən tərbiyə” düşərgələrinə yerləşdirilmək təhdidi altında kənar kişilərlə bir yataqda mütəmadi olaraq yatmalıdırlar…

P.S. “Rəzalət” və “haray!” deməkdən savayı gücümüz nəyə çatır?..(Moderator.az)