Türk ordusundan əməliyyat: 31 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələri PKK/YPG terrorçularını zərərsizləşdirib.

Sozcu.az xəbər verir ki, Suriyanın Tel Rıfat şəhərindən Türkiyə ordusunun “Fərat qalxanı” əməliyyatı bölgəsindəki heyətinə qarşı hücuma hazırlaşan PKK/YPG terror təşkilatının 13 üzvü məhv edilib.

***

Türkiyə ordusu daha 18 terrorçunu zərərsizləşdirib.

Türkiyə Müfadiə Nazirliyinin yaydığı məlumata görə, “Sülh çeşməsi” bölgəsinin cənubundan Türkiyəyə keçməyə çalışan PKK/YPG terror təşkilatının 18 üzvü öldürülüb.

Facebook Comments