Türk ordusu darmadağına davam edir: Rejimin itkiləri açıqlandı

Türkiyə ordusu İdlibdə Əsəd rejiminə ağır zərbələr endirməkdə davam edir.

Sozcu.az xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

“Bahar qalxanı” hərəkatı gecə boyu davam edib və son 24 saat ərzində 4 tank, 5 top, 3 tank əleyhinə silah, 8 hərbi maşın, 2 silah dolu pikap, 2 zirehli döyüş maşını və 184 rejim əsgəri məhv edilib”, – deyə açıqlamada bildirilib.

Facebook Comments