Türk donanması 3 dənizdə təlimlərə başladı-Tarixinin ən böyük hərbi təlimi

Türkiyə Respublikasında tarixinin ən böyük təlimləri sayılan “Mavi Vətən 2019” təlimləri start götürüb.

Sozcu.az xəbər verir ki, Türkiyəni əhatə edən 3 dənizdə keçirilən təlimlərə ümumilikdə 103 gəmi cəlb olunub.

Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığının Dəniz Əməliyyatları rəisi admiral Yankı Bağcıoğlu təlimlərin məqsədinin qüvvələrin hazırlıq səviyyəsini artırmaq olduğunu bildirib.

Təlimlərə 13 freqat, 9 korvet, 16 hücum gəmisi, 7 sualtı qayıq, 7 mina gəmisi, 17 köməkçi sinif gəmi, 14 patrul gəmisi, 22 desant gəmisi, 1 təlim gəmisi cəlb olunub. Bununla yanaşı dəniz patrul təyyarələri, dəniz helikopterləri, dronlar, SAT, SAS komandosları, amfibiya dəniz piyadası taborları da “Mavi Vətən 2019”təlimlərində iştirak edəcək.(Axar.az)