“Tural Sadıqlıya qarşı açılan cinayət işi sübut edir ki…” – İLQAR MƏMMƏDOV

“Xaricdə yaşayan bizimkilərə geri dönmək tövsiyyəsini rejim numayəndələri səbəbsiz yerə səsləndirmir. Bir neçə ildə yüz minlərlə vətəndaşımız ölkəni tərk edərək Avropa Birliyinə köçüb və çoxları orada oturum iznini ölkədəki repressiyalara istinad edərək alıb. Bu isə onlara Avropa büdcəsindən artan həcmdə sosial xərclərin ayrılması deməkdir”

Sozcu.az xəbər verir ki, bunu Real Partiyasının sədri İlqar Məmmədov deyib. Real sədri bildirib ki, Brüsselin Bakıdan soruşmağa tam haqqı çatır ki, bizim vergi ödəyiciləri sizin qurama məhkəmələrinizin maddi yükünü niyə daşımalıdır?

“Bəli, pul məsələsidir. Əliyev bir az iddialı danışan kimi, qabağına qoyulası danılmaz faktdır.
İndi o, mövzunun masadan qaldırılması yollarını arayır. Gözəgirən bir neçə nümunə yaratmağa çalışır ki, xaricdən qayıdan tanınmış mühacirlərə heç nə olmur, guya heç bir təqib yoxdur. Amma yenə də çətinlik çəkir, çünki ölkəni repressiyasız idarə etmək alınmır. Jurnalist Tural Sadiqliya qarşı bu günlərdə açılan cinayət işi də sübut edir ki, Avropa vergi ödəyicilərinin İlham Əliyevin məhkəmə sisteminə hələ çox sayda acıqlı sualları olacaq”.