Tuhel futbolçunu məşqdən qovdu – “Çelsi”də gərginlik

“Çelsi”nin ötən gün keçirilən məşqində qalmaqal baş verib.

Sozcu.az “The Telegraph”a istinadən xəbər verir ki, hazırlıq prosesində qapıçı Kepa Arrisabalaqa ilə müdafiəçi Antonio Rudiqer mübahisə olub.

Oyunçular arasında qarşıdurma əlbəyaxa həddə çatmasa da, gərginlik artdıqda baş məşqçi Tomas Tuhel bu vəziyyətə müdaxilə edib və Rudiqeri məşqdən qovub.

Qeyd edək ki, Premyer liqada ötən tur “Vest Bromviç”ə uduzan (2:5) “Çelsi” növbəti matçını Çempionlar Liqaslnln 1/4 finalında aprelin 7-si “Porto”ya qarşı keçirəcək.

Facebook Comments