“Traxtur” “Saypa”nı darmadağın etdi

Güney Azərbaycanın “Traxtur” futbol klubu səhənd stadionunda qəbul etdiyi Tehranın “Saypa” komandasını məğlub yola salıb.

İran üzrə futbol klublarının suepr liqa yarışlarının 20-ci həftəsində keçirilən görüş Təbriz vaxtı ilə saat 15:00-da başlamışdır.

Qonaq komandanın oyunçusu Məhəmmədrza Süleymani oyunun 7-ci dəqiqəsində hesabı açsa da, 16-cı dəqiqədə Əşkan Dejaqe, 18-ci dəqiqədə Ehsan Hacı Seyfi və 28-ci dəqiqədə Rza Əsədi qol vuraraq “Traxtur” komandasına qələbə qazandırıblar.

Bununla da görüş 3:1 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

Beləliklə, “Traxtur” komandası xallarının sayını 37-yə çatdıraraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Hazırda Azərbaycan komandası ilə cədvələ liderlik edən “Perspolis” komandası arasındakı fərq 4 xala enib.

Sozcu.az

Facebook Comments