Trampla Putin arasında telefon danışığı olub

ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə “Röyter” Ağ Evdəki mənbələrinə istinadən informasiya yayıb.

“Röyter”in məlumatına görə, liderlər ölkələr arasındakı ticarət münasibətlərini müzakirə ediblər. Bununla yanaşı Sibiri cənginə alan meşə yanğınları da prezidentlərin gündəmində olub.

Xatırladaq ki, bir qədər əvvəl Kreml telefon danışığının ABŞ tərəfinin təşəbbüsü ilə gerçəkləşdiyini açıqlamışdı. Trampın Putinə Krasnoyarsk əyalətindəki yanğınların söndürülməsində öz köməyini təklif etdiyi bildirilmişdi.