Trampın təhdidi işə yaramadı: Dehli də bu silahı alır

Hindistan ABŞ-ın S-400-lə bağlı təhdidinə əhəmiyyət verməyəcək və bu raket sistemlərini əldə edəcək.

Sozcu.az xəbər verir ki, Hindistan mediası G-20 zirvəsindən sonra ölkə rəhbərliyinin belə bir qərar qəbul etdiyini açıqlayıb.

Məlumata görə, rəsmi Dehli S-400-lə bağlı təcrübə toplamaq üçün Rusiyaya mütəxəssislərini göndərəcək.

Qeyd edək ki, Hindistan və Rusiya S-400-lərin 2020-cı ildə alınması haqda razılaşma imzalayıb.

ABŞ lideri Donald Tramp Hindistanı bu razılaşmaya görə təhdid edib.

Facebook Comments