Trampın illik qazancı açıqlandı: Yarım milyard…

ABŞ Prezidenti Donald Trampın 2019 il üzrə maliyyə hesabatı açıqlanıb.

Sozcu.az xəbər verir ki, hesabata əsasən, Tramp Floridadakı Mar-a-Laqo kurortundan 21.4 milyon dollar qazanıb.

Onun Ağ Ev yaxınlığındakı otelinin qazancı isə 2019-cu ildə 40,8 milyondan 40.5 milyona düşüb. Bununla yanaşı ABŞ prezidenti Beverli Hilzdəki malikanəsinin satışından 13.5 milyon dollar qazanıb. Gəlirinin böyük hissəsini isə dünyadakı daşınmaz əmlakından alıb.

Ümumilikdə isə ABŞ Prezidentinin 2019-cu ildəki qazancı 446 milyon dollardan çox olub.

Facebook Comments