Trampın əsas rəqibi seçkilərdən geri çəkildi

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə CNN informasiya yayıb.

Xanım Klinton bundan sonra yazıçı, aktivist və nənə kimi həyatından zövq almağa çalışacağını qeyd edib.

Xatırladaq ki, 2016-cı il prezident seçkilərində Hillari Klinton Donald Trampa məğlub olmuşdu.