Trampdan şok açıqlama: Pulu geri qaytarın

Harvard Universiteti yeni tip koronavirusla bağlı yardım çərçivəsində aldığı 8,6 milyon dolları geri qaytarmalıdır.

Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, universitet pulu geri ödəməyə məcburdur:

“Onların bu hərəkətindən heç xoşum gəlmədi. Pul işçilər üçündür, dünyanın ən zəngin təhsil ocağından biri üçün deyil”.

Qeyd edək ki, Harvard Universitetinin fond hesabı 40 milyard dollardır.

Facebook Comments