Trampdan Kim Çenə zəmanət: Satqın deyil

Mərkəzi Kəşfiyyat İdarəsinin Şimali Koreya lideri Kim Çen İnin ögey qardaşı Kim Çen Namdan informator kimi istefadə etməsinə icazə verməzdim.

Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.

“Mən MKİ və onun ögey qardaşı barədə məlumatları gördüm. Mən ona demək istəyirəm ki, mənim rəhbərliyim altında belə bir şey qətiyyən ola bilməz. Mən bunun baş verməsinə icazə verməzdim”, – Tramp bildirib.
Qeyd edək ki, ABŞ-ın nüfuzlu “Vol Strit Jurnal” nəşri Kim Çen İnin 2017-ci ildə Malaziyada öldürülən qardaşı Kim Çen Namın MKİ-nin informatoru olduğunu və bir neçə dəfə qurumun rəhbərliyi ilə görüşdüyünü yazmışdı.