Trampdan “dərin dövlət” mesajı: İmkan vermirlər!

ABŞ-da COVİD-19-a qarşı peyvəndin hazırlanmasını “dərin dövlət” gecikdirir.

Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında deyib.

“Dərin dövlət” və yaxud kimsə dərman firmalarının peyvəndi insanlar üzərində sınaqdan keçirməsinə maneə törədir. Açıq-aşkar görünür ki, onlar peyvəndin hazırlanmasını noyabrın 3-dən sonraya təxirə salmağı planlaşdırırlar. Sürətlə hərəkət etməli və həyat qurtarmalıyıq”, – prezident bildirib.

Facebook Comments