Tramp vaxt qoydu: Tik Tok satılmazsa…

Tik Tokun ABŞ-dakı bölməsi hər hansı ABŞ şirkətinə satılmasa, 15 sentyabrda bu sosial şəbəkə ölkə ərazisində bloklanacaq.

Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib. Təhlükəsizlik səbəbindən Tik Tokun Çin nəzarətində olmasını istəmədiyini bildirən Tramp “Maykrasoft” və ya bu kimi digər böyük şirkətlərin onun ABŞ-dakı bölməsini almasının vacibliyini bildirib.

“Maykrasoft” və ya başqa bir şirkətə satılmayacağı təqdirdə Tik Toku 15 sentyabrda bağlayacağıq”, – Tramp deyib.

Qeyd edək ki, “Maykrasoft”un Tik Toku almaqdan imtina etdiyi bildirilir.

Facebook Comments