Tramp “soyqırım”a və Türkiyəyə sanksiyaya qarşıdır

ABŞ Prezident Administrasiyası Nümayəndələr Palatasının “erməni soyqırımı” haqqında qətnaməsinə və Türkiyəyə qarşı sanksiyaların tətbiqinə qarşı olub.

Sozcu.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi ABŞ Dövlət Departamentindəki mənbəsinə istinadən yayıb.

Administrasiya bu qərarı uyğunsuz zamanda qəbul edildiyini bildirib.

Mənbə həmçinin ABŞ-ın “erməni soyqırımı” məsələsində mövqeyində dəyişiklik olmadığını söyləyib.