Tramp Rusiyanın nüvə gücünü nəzərə almalıdır – Senator

ABŞ Rusiya sərhədində mübahisələrdə iştirak etməklə kor-koranə davranıb. Bu cür təxribat xarakterli fəaliyyətlərə son qoymalıdır.

Sozcu.az xəbər verir ki, bu sözləri Virciniya ştatının senatoru Riçard Blek deyib.

“Rusiya sərhədində baş verən mübahisələrə qarışmaqla çox kor-koranə davranırıq. Prezident və hakimiyyətimiz iqtisadiyyatımız və bank sistemi cəhətdən çox güclü olmağımıza baxmayaraq nəzərə almalıdır ki, Rusiya da demək olar ki, bizimki qədər nüvə arsenalına malikdir”, – senator bildirib.(Axar.az)