Tramp Pompeoya İranla bağlı bunu tapşırıb – KİV

ABŞ Prezidenti Donald Tramp ölkənin Dövlət katibi Mayk Pompeoya İrana təzyiq etməklə bağlı tapşırıq verib.

Sozcu.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Deyli Best” qəzeti çıxış edib.

“Tramp Pompeoya geniş səlahiyyət verib və “Üçüncü Dünya müharibəsi başlatmamaq şərtilə İrana təzyiqi artır” deyib”, – qəzet bildirib.

Nəşrin yazdığına görə, Tramp prezidentliyi Baydenə təhvil verməzdən əvvəl İran iqtisadiyyatını daha ağır duruma salmaq istəyir.

Facebook Comments