Tramp Konqresdə meydan oxudu

ABŞ-ın dünyadakı vəziyyəti əvvəllər heç vaxt olmadığı qədər dayanıqlıdır.

Sozcu.az xəbər verir ki, bunu Konqresdə çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp deyib. O, ABŞ-a dünyada yenidən hörmət etməyə başladıqlarını bildirib:

“Mən böyük ölkəmizin bütün insanlarına və Konqresin üzvlərinə deyirəm ki, bu gün ölkəmizin vəziyyəti əvvəllər heç vaxt olmadığı qədər dayanıqlıdır. Mənim seçimimdən sonra biz 6 milyon iş yeri yaratmışıq, bu, əvvəlki administrasiyanın ekspertlərinin proqnozundan 5 milyon çoxdur. ABŞ-a yenidən dünyada hörmət edirlər, düşmənlərimiz geri çəkilirlər”.

Facebook Comments