Tramp Kim Çenlə niyə razılaşmadı? – Əsl səbəb

Şimali Koreya lideri Kim Çen İn Hanoy şəhərində ABŞ Prezidenti Donald Trampla son görüşündə Yonbendə yerləşən nüvə mərkəzinin məhvinə hazır olduğunu açıqlayıb, lakin məhv ediləcək obyektlərin konkret siyahısını deməkdən imtina edib.

Sozcu.az xəbər verir ki, məhz bu səbəbdən Vyetnamda keçirilən ABŞ-Şimali Koreya sammiti uğursuzluğa düçar olub.

Yonbendəki nüvə mərkəzində 1986-cı ildə tikilmiş Şimali Koreyanın yeganə aktiv nüvə reaktoru, həmçinin hərbi məqsədli plutonium istehsalı və uranın zənginləşdirilməsi üçün zavod yerləşir. Bundan əlavə ABŞ və Cənubi Koreya Yonbendə bir sıra yeraltı obyektin olması iddiası ilə çıxış edirlər.

ABŞ-Şimali Koreya görüşündə Pxenyan təmsilçiləri Yonbendəki bütün gücün məhv edilə biləcəyini qeyd etsələr də, buradakı obyektlərin tam siyahısını təqdim etmək və obyektlərin yerləşdiyi ərazini göstərməkdən imtina ediblər. Şimali Koreya tərəfi eyni zamanda gizli saxlandığı iddia edilən Kanson uran zavodunun mövcudluğunu inkar edib.

Qeyd edək ki, ABŞ və Şimali Koreya liderlərinin ikinci sammiti 27-28 fevralda Vyetnamda keçirilib.(Axar.az)