Tramp İranı qanadlı raketlərlə vuracaq – Korotçenko

Vaşinqton böyük ehtimalla İranın raket zərbələrinə güclə cavab verəcək.

Sozcu.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

“Hadisələrin inkişafı çox təhlükəli xarakter alıb. Qasım Süleymanini məhvi əməliyyatı İrana birbaşa meydan oxuma idi. Aydındır ki, Tehran İraqdakı ABŞ bazalarına hücum etməklə öz sərtliyini nümayiş etdirib. Bu əməliyyatın Xameneinin şəxsi əmrinə əsasən keçirilməsi ehtimalı var. ABŞ-ın cavabı SEPAH obyektlərininin qanadlı raketlərlə vurulması ola bilər. Tramp üçün qərar qəbul etmək dövrü çatır. Əgər Vaşinqton güc yoluyla reaksiya verməsə, Tramp üçün bu reputasiya itkisi olacaq ki, amerikalılar da buna gedə bilməzlər”, – deyə o bildirib.

Facebook Comments