Tramp hədələdi, Kuba cavab verdi: Yalançıdır!

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton patoloji yalançıdır.

Sozcu.az xəbər verir ki, bu sözləri Kubanın Xarici İşlər naziri Bruno Rodriqes deyib.

Onun sözlərinə görə, Con Bolton Veneseuladakı vəziyyətlə bağlı ABŞ Prezidenti Donald Trampa dezinformasiya ötürür.

“Venesuelada hərbi əməliyyatlarda iştirak edən nə Kuba qoşunları, nə də kubalılardır”, – Rodriqes bildirib.

Qeyd edək ki, Tramp Kubaya qarşı qadağa və sanksiyaları görünməmiş həddə qaldıracağını bildirib. ABŞ prezidenti qeyd edib ki, bu sanksiyalardan sonra Venesueladakı Kuba əsgərləri “yəqin evlərinə dönərlər”.(Axar.az)