Tramp G7-yə könülsüz getdi

ABŞ Prezidenti Donald Tramp özünün yaxın ətrafındakı insanlara G7 sammitində iştirak etmək istəmədiyini bildirib.

Sozcu.az xəbər verir ki, bu məlumatı CNN yayıb.

Məlumata görə, Tramp sammitə getmək istəməməsinə əsas səbəb kimi, bu sammitlərin boşuna zaman xərclənməsi olmasını göstərib.

Televiziya həmçinin Trampın eyni etirafları Yaponiya Baş naziri Sindzo Abe və Fransa Prezidenti Emmanuel Makronla da görüşləri zamanı etdiyini də bildirib.

Trampın fikrincə, bir neçə liderin toplaşdığı sammit ikitərəfli görüşlərdən daha az faydalıdır çünki ikitərəfli görüşlərdə konkret məsələlərdən söhbət edərək, həll yolu tapmaq mümkün olur.

Qeyd edək ki, bu saatlarda Fransanın Biarrits şəhərində G7 sammiti artıq işinə başlayıb. Tramp sözügedən samittdə iştirak edir.