Tramp dəhşətli qəzadan yazdı

Təyyarələr daha qarma-qarışıq vəziyyətə salınır. Artıq pilotlara ehtiyac duyulmur, onların yerinə MİT-in (Massaçusets Texnologiya İnstitutu) kompüter mütəxəssisləri var.

Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter mikrobloqunda Efiopiyada baş verən təyyarə qəzası ilə bağlı yazıb.

“Bunu bir çox əşyalarda görürəm. Əsasən köhnə və daha sadə olub, daha yaxşı işlədiyi halda, əsassız yerə bir addım da irəli getməyə çalışılır. Saniyənin ərzində ani qərarlara ehtiyac var və qarma-qarışıqlıq təhlükə yaradır. Bütün bunlar çox xərc və az qazanc deməkdir. Sizi bilmirəm, amma mən Albert Eynşteynin mənim pilotum olmasını istəmərəm. Mən mütəxəssislər istəyərəm”, – deyə Ağ Ev rəhbəri yazıb.(Axar.az)